Avtomobil yollarında vəziyyət açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Manset.az-a verilən xəbərə görə, fevralın 24-də ölkə ərazisində qeyri-sabit, şaxtalı və qarlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 100-500 metrədək məhdudlaşacağı ehtimalı var. Bəzi yerlərdə yollar buz bağlayacaq!