AZ

"Shein"in illik mənfəəti 30 %-dən çox azalıb -"Financial Times"

Onlayn pərakəndə satıcısı "Shein"in mənfəəti ötən il üçdə birindən çox azalıb. Bu isə şirkətin London Fond Birjasında planlaşdırılan siyahıyaalma ərəfəsindəki çətinliklərini artırıb.

Valyuta.Az xəbər verir, hesabata görə, məsələdən məlumatlı iki şəxs bildirib ki, 2024-cü ildə xalis mənfəət təxminən 40% azalaraq 1 milyard dollar təşkil edib.  

Bununla yanaşı, "Shein"in illik satışları 19% artaraq 38 milyard dollara çatıb. Hesabatda qeyd olunub ki, bu rəqəmlər yekun maliyyə hesabatlarından əvvəlki daxili proqnozlara əsaslanır.  

Şirkət mənfəət göstəriciləri ilə bağlı rəsmi proqnozlar açıqlamır. Lakin "Financial Times"ın əldə etdiyi məlumatlara əsasən, 2024-cü il üçün təqdim edilən rəqəmlər, daha əvvəl gözlənilən 4,8 milyard dollar xalis mənfəət və 45 milyard dollar satış hədəfindən xeyli aşağı olub. 

"Shein" məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Agentliyin yaydığı xəbərə əsasən, ABŞ Prezidenti Donald Trampın "Shein"ə tətbiq olunan vergi imtiyazını ləğv etmək təşəbbüsündən sonra London siyahıyaalmasının ilin ikinci yarısına qədər təxirə salına biləcəyi gözlənilir. Bu addım şirkətin mənfəətliliyinə mənfi təsir göstərə və ABŞ-də qiymətlərin artmasına səbəb ola bilər.  

Rəhim

Seçilən
12
valyuta.az

1Mənbələr