AZ

Bu gün Misli Premyer Liqasında XXIV turun bir oyunu keçirilib

Bakı. Trend:

Bu gün Misli Premyer Liqasında XXIV turun bir oyunukeçirilib.

Trend-inməlumatına görə, “Şamaxı” öz meydanında “Turan Tovuz”u qəbul edib.Qarşılaşmada yeganə qol 30-cu dəqiqədə vurulub və "Turan Tovuz"səfərdə 1:0 hesabı ilə qalib gəlib.

Günün ikinci oyunu isə baş tutmayıb. Qar yağması və meydanınyararsız olması səbəbindən “Zirə” - “Kəpəz” matçı təxirə salınıb.PFL-in yaydığı açıqlamaya görə, “Zirə İdman Kompleksinin ot örtüyüsəhər saatlarından etibarən bütün lazımi tədbirlərin görülməsinəticəsində oyun üçün hazır vəziyyətə gətirilsə də, oyundan əvvəlqar yağışı şiddətini artırıb və minimal imkanlar belə əlçatmazolub. Matçın baş hakimi Rauf Cabbarov meydanı təftiş etdikdən sonraoyunun təxirə salınması barədə qərar qəbul edib. Qarşılaşmanın yenitarixi barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, turun digər oyunlarında “Neftçi” evdə “Sumqayıt”ı1:0 hesabı ilə məğlub edib, “Araz-Naxçıvan” “Səbail”lə 0:0 heç-heçəedib, “Qarabağ” isə “Sabah”la 1:1 hesablı bərabərlik nəticəsiniəldə edib.

Seçilən
15
az.trend.az

1Mənbələr