AZ

Ölkəmizi xaircdə təmsil etmək qürurvericidir - Suad Səmədova

Qaydasız döyüş – minimal qaydalarla keçirilən, müxtəlif döyüş sənətlərinin qarışığından ibarət bir idman növüdür. Bu idman forması, güc, dözümlülük və texniki bacarıqların birləşməsini tələb edir. Tarix boyu fərqli döyüş növləri insanlara öz döyüş qabiliyyətlərini nümayiş etdirmək üçün imkan yaradıb. Müasir dövrdə isə bu idman MMA (Mixed Martial Arts - Qarışıq Döyüş Sənətləri) kimi tanınır və dünya üzrə böyük populyarlıq qazanıb.

Həmçinin ölkəmizdə də qaydasız döyüşlə məşğul olan idmançılar çoxdur. Onlardan biri də Suad Səlimovadır. Hazırda ölkəmizi xaricdə uğurla təmsil edən Suad Səlimova özünündə qeyd kimi 7 ildir peşəkar, 9 ildir həvəskar şəkildə kikboksla məşğuldur. 

Bu barədə Suad Səlimova 90deqiqe.Az saytına açıqlamasında bildirib.

"Qaydasız döyüşü daha mükəmməl şəkildə öyrənməyə çalışıram. Bunun üçün bu sahədə çalışan idman ustalarından təlim almaqda davam edirəm. Hər zaman özüm üçün hədəflər təyin edirəm və hətta gözləniləndən də artığını etməyə çalışıram. Məqsədlərim çoxdur. Daha böyük nailiyyətlər əldə edərək ölkəmizi xaricdə təmsil etməkdən qürur duyuram.

Qeyd edək ki, S. Səlimova hazırda Amerikada Bellator MMD-da yarışmağa hazırlaşır. Bu məqsədlə ciddi şəkildə məşqlər edərək yarışa hazırlıqlar görür. Suad xanıma gələcək fəaliyyətində uğurlar arzu edirik.

Fəxriyyə Adil

Seçilən
11
90deqiqe.az

1Mənbələr