AZ

"İstefa verməyə hazıram" - Zelenski

Ukrayna Prezidenti Vladimir Zelenski sülh üçün vəzifəsini tərk etməyə hazır olduğunu bildirib.

Ölkə prezidentinin çıxışı sosial şəbəkələrdə yayımlanıb.

Zelenski istefasının “NATO müqabilində” baş verə biləcəyini də bildirib.

"Mən uzun müddət hakimiyyətdə qalmaq niyyətində deyiləm. NATO Ukraynanın təhlükəsizliyinə təminat verərsə, istefa verməyə hazıram" - Zelenski bildirib.

Mənbə: www.bakupost.az

Seçilən
0
1
www.bakupost.az

2Mənbələr