"Zirə" - "Kəpəz" matçının tarixi bəlli olub.
Apasport.az xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.
Matç 24 fevral tarixində Zirə İdman Kompleksində keçiriləcək.
Qarşılaşma saat 16:00-da başlanacaq.
***
17:41
Misli Premyer Liqasının 24-cü turunun “Zirə” - “Kəpəz” matçı baş tutmayıb.
Apasport.az xəbər verir ki, buna Bakıdakı Zirə İdman Kompleksinin stadionunun qarla örtülməsi səbəb olub.
Meydana baxış keçirən baş hakim Rauf Cabarov matçın təxirə salınması barədə qərar verib.
