Bakı. Trend:
Cari ilin yanvar ayında Azərbaycan ilə Gürcüstan arasındaticarət dövriyyəsi 109 milyon dolları keçib.
Trend xəbər verirki, Gürcüstan Milli Statistika Xidmətinin məlumatına görə, 2025-ciilin yanvar ayında ölkənin ümumi xarici ticarət dövriyyəsi 2milyard 8 milyon ABŞ dolları təşkil edib və bu, ötən ilin eynidövrü ilə müqayisədə 39,3 faiz artım deməkdir.
Yanvar ayında Gürcüstanın əsas ticarət tərəfdaşları arasındaABŞ, Birləşmiş Krallıq və Rusiya ön planda olub. Azərbaycan isə 109milyon dollarla altıncı sırada qərarlaşıb. Bu, iki ölkə arasındagüclü iqtisadi əlaqələrin davam etdiyini və ticarət əməkdaşlığınıninkişafını göstərir.
Qeyd edək ki, 2024-cü ildə Gürcüstanın xarici ticarət dövriyyəsi23,4 milyard dollar olub.