AZ

Bakıda bir neçə universitetdə – DƏRSLƏR ONLAYN OLACAQ

Hava şəraiti və yolların vəziyyəti ilə əlaqədar olaraq paytaxtdakı bir neçə universitetdə dərslərin onlayn olacağı elan edilib.

FEL.az xəbər verir ki, fevralın 24-də UNEC, Azərbaycan Texniki Universiteti (AzTU) və Sumqayıt Dövlət Universiteti (SDU) dərslərin onlayn formatda keçiriləcəyini elan edib.

Xatırladaq ki, 2 gün əvvəl başlayan qarlı havanın daha 2 gün davam edəcəyi, Bakı və bölgələrdə qar yağacağı, 3-5 dərəcə şaxta olacağı, yolların buz bağlayacağı bildirilir.

Seçilən
34
fed.az

1Mənbələr