Bayırda soyuq və qar yağanda dostlarınız və sevdiklərinizlə bayram əhval-ruhiyyəsində şam yeməyindən daha yaxşı nə ola bilər?
“Soul Kitchen Baku” restoranının 10 illik yubileyinə həsr olunmuş “Soul Kitchen – 10 il sonra” adlı tədbirin iştirakçıları da məhz bu ovqat və yüksək təəssüratları bölüşdülər. Unudulmaz şam yeməyi çoxsaylı qonaqlarının ürəyini isitdi.
“Soul Kitchen”in zövqlə bəzədilmiş işıqlı və rahat zalına daxil olanda özünüzü zamanın yavaş və zövqlə keçdiyi bir yerdə tapırsınız.
İnteryerin hər bir detalında rahatlıq hissi var, onun əhatəsində dadlı, iştahaaçan yeməklərdən, ləzzətli içkilərdən, Avropa və Azərbaycan mətbəxindən həzz ala bilərsiniz. Süfrə arxasında emosiyaları olan və anın əhval-ruhiyyəsini çatdıran bu kulinariya məharəti musiqi ilə birləşdikdə, “Soul Kitchen” adı özü danışır.
Müəssisənin rahat ab-havası, əla musiqi və gülərüz xidmət personalı məkana əlavə müsbət enerji yayır. Gecənin irəliləyən dəqiqəqələrində bu enerji daha da yüksəlir və qonaqlarda unudulmaz emosiyalar yaradır. “Soul Kitchen – 10 il sonra” adlı tədbirə dəvər olunanların əhval-ruhiyyəsi və üzlərdəki sevinc bunu aydın şəkildə nümayiş etdirirdi.
Tədbiri tanınmış aparıcı Ceyhun Əli açıb. Sonra gecədə çıxış edən “Soul Kitchen” şirkətinin direktoru Ramin Xudaverdiyev qonaqları səmimi salamlayaraq qeyd etdi ki, bu illər ərzində restoranda ən yaxşı yemək bişirmək ənənələri və yaxşı ailə ab-havası birləşdirilib, burada hər bir ziyarətçi əsl dost kimidir. Bu restoran ora ayaq basan hər kəs üçün dəyişilməz ünvana çevrilir.
Tanınmış sənətçilərin canlı musiqi performansı isə yubiley tədbirini daha əlamətdar etdi. Qonaqlar İmran, Elşad Xose, DJ Amalalili, Ceyhun Qala və Samir Bormutskinin çıxışlarını rəqsləri və ifaları ilə müşayiət etdilər.




