Bakı. Trend:
"Nyukasl"ın italiyalı yarımmüdafiəçisi Sandro Tonali vətəninəqayıtmağa hazırlaşır.
Trend xəbər verirki, futbolçu artıq “Yuventus”la razılığa gəlib. Lakin onun üçünəsas şərt Turin klubunun gələn mövsüm Çempionlar Liqasına vəsiqəqazanmasıdır. Əks halda, “Yuventus” yeni transferlərə investisiyaetməyəcək.
Eyni zamanda, PSJ-dən icarəyə götürülən Randal Kolo Muaninin dəgələcək taleyi komandanın hansı turnirdə iştirak edəcəyindən asılıolacaq.
Qeyd edək ki, Sandro Tonali 2023-cü ilin yayında “Milan”dan“Nyukasl”a transfer olunmuşdu. 24 yaşlı futbolçunun İngiltərə klubuilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.