AZ

Terimin komandası yenə eyni kabusu yaşadı

Fatih Terimin çalışdırdığı ''Əl-Şabab'' növbəti oyununu keçirib.

''Football-plus.az'' xəbər verir ki, Ər-Riyad təmsilçisi Səudiyyə Ərəbistanı çempionatının 21-ci turunda ''Əl-Taavun''un qonağı olub. Oyun ''İmperator''un kollektivi üçün uğurlu başlayıb. 18-ci dəqiqədə Abderrazak Hamdalla penaltini dəqiq yerinə yetiribsə, çox keçmədən Ueslu Hudt fərqi ikiyə yüksəldib. Meydan sahibləri fasilə ərəfəsində qollardan birinin əvəzini çıxıblar.

Bundan başqa ''Əl-Taavun'' 45+10-cu dəqiqədə azlıqda qalıb. Amma ''Əl-Şabab'' ikinci hissədə üstünlüyünü qoruya bilməyib və ötən tur yaşadığı kabusu yenə yaşayıb. 70-ci dəqiqədə gələn bərabərlik qolu ilə oyun 2:2 hesabı ilə yekunlaşıb.

Qeyd edək ki, ötən tur ''Əl-Şabab'' evdə ''Əl-Qədsiyə'' ilə oyunda 2:1 öndə ikən azlıqda qalan rəqib 2 qol vuraraq 3:2-lik əzmkar qələbə qazanmağı bacarmışdı.

Beləliklə, ''Əl-Şabab'' Terimin başçılığı altında 9-cu rəsmi oyundan ilk dəfə bərabərliklə ayrıldı. Buna qədər komanda 8 qarşılaşmadan 4 qələbə, 4 məğlubiyyətlə ayrılmışdı.

33 xalla 6-cı pillədə qərarlaşan türkiyəli mütəxəssisin kollektivi növbəti oyununu fevralın 25-də 22-ci tur çərçivəsində səfərdə ''Əl-Raed''ə qarşı keçirəcək.

ƏLİ

Seçilən
18
football-plus.az

1Mənbələr