”Şəfa”ya hədəfinə çatmaqda kömək edə biləcəksənmi? Səncə, çempionluq nə dərəcədə mümkündü? Komandanız yoldaşlıq oyunları keçirdi. 2-ci liqanın səviyyəsini necə gördün? Bu sualları Eminə ünvanladıq:
“Qarşımıza qoyduğumuz məqsədə çatmaq üçünmaksimum şəkildə çalışacam. Allahın izni ilə sonda məqsədimizə çatacağımıza inanıram. Çempionluq şansımız var. Üzərimizə düşən önümüzdəki bütün matçlarda qalib gəlməkdi ki, bunun üçün də meydanda sona qədər mübarizə aparacağıq. Yaxşı yoxlama oyunları keçirdik. 2-ci liqanın oyunlarını izləmişəm. Rəqiblərimizin hamısına böyük hörmətlə yanaşırıq. Məncə, etməli olduğumuz rəqiblərə hörmətlə yanaşıb öz oyunumuza köklənməkdi. Ümid edirəm ki, hər şey istədiyimiz kimi olacaq”.
ƏSƏD SEYİDOV