AZ

Super Liqa: “Alanyaspor”la “Trabzonspor”dan çətin qələbə

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 25-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə də üç qarşılaşma baş tutub.

“Kayserispor” doğma meydanda qarşılaşdığı “Göztəpə”ni tək qolla üstələyib. Beş qolun qeydə alındığı “Alanyaspor” – “Adana Dəmirspor” və “Trabzonspor” – “Qaziantep” görüşlərində də meydan sahibləri qələbə qazanıblar.

25-ci tura fevralın 24-də keçiriləcək “Qalatasaray” – “Fənərbaxça” oyunu ilə yekun vurulacaq.

Türkiyə, Super Liqa
25-ci tur
21 fevral

Bodrumspor – Hatayspor 1:0
Qol: Puşkaş, 41.

Eyüpspor – Beşiktaş 1:3
Qollar: T.Bingöl, 1 – Rafa Silva, 18. Raşiça, 45+2. S.Kılıçsoy, 60.

22 fevral

Sivasspor – Konyaspor 1:1
Qollar: E.Başsan, 8 – Y.Erdoğan, 13.

Antalyaspor – Kasımpaşa 2:1
Qollar: S.Dikmen, 10. Samudio, 42 – Hayradinoviç, 90+5-pen.

Samsunspor – Rizəspor 2:3
Qollar: S.Akaydın, 23-öz qapısına. E.Kılınc, 41 – L.Satka, 52-öz qapısına. Sou, 86. Zeqiri, 88.

23 fevral

Kayserispor – Göztəpə 1:0
Qol: Nazon, 44.

Alanyaspor – Adana Dəmirspor 3:2
Qollar: A.Kurtulan, 63-öz qapısına. Haderqyonay, 68-pen. Y.Özdemir, 90 – Y.Barasi, 33; 37.

Trabzonspor – Qaziantep 3:2
Qollar: Banza, 45+2; 58. Vişça, 45+6 – S.Gülər, 77. Maksim, 85-pen.

24 fevral

21:00. Qalatasaray – Fənərbaxça

Seçilən
12
2
arena.az

3Mənbələr