Cənubi Koreya çempionatında 2-ci turun oyunları keçirilib.
QOL.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Anton Krivotsyukun formasını geyindiyi “Daejeon” öz meydanlarında "Ulsan"lə qarşılaşıb və 0:2 hesabı ilə məğlub olublar.
Anton Krivotsyuk da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonra qədər oynayıb.
"Daejeon" turnir cədvəlində hazırda 3 xalla 5-ci, "Ulsan" isə eyni xal sayı ilə 7-ci yerdədir.
"Daejeon" - "Ulsan" - 0:2
Qollar: Ce-Sok Yun, 8, Heo Yool, 59