Qarlı-şaxtalı hava şəraitinə baxmayaraq, Azərbaycan Dəmir Yolları (ADY) fasiləsiz fəaliyyət göstərir.
Modern.az xəbər verir ki, gün ərzində bütün qatarlar qrafik üzrə hərəkətini davam etdirib.
Abşeron dairəvi marşrutu üzrə saat 23:00-dək bütün reyslər, eyni zamanda, Bakı-Balakən reysi vaxtında yola salınacaq. Balakən-Bakı marşrutu üzrə qatar isə 100 faiz doluluqla yola düşüb.