Bakı. Trend:
Almaniya kansleri Olaf Şotls mühafizəkar XDİ/XSİ blokundankanslerliyə namizəd olan Fridrix Mersi seçkilərdə qazandığı qələbəmünasibətilə təbrik edib.
Trend-in məlumatına görə, bu barədə "Bild" qəzeti xəbərverib.
"Seçkilərin nəticələrinə görə sizi təbrik edirəm", - deyəO.Şolts bildirib.
F.Mers, həmçinin XDİ/XSİ blokunun qələbəsini elan etdi. “Biz2025-ci il federal seçkilərində qalib gəldik”, o, XDİ-ninBerlindəki ofisində çıxışı zamanı deyib. O bildirib ki, indi tezbir zamanda koalisiya hökuməti qurmaq lazımdır.