AZ

Bu gün avtobuslar saat 21:00-a kimi işləyəcək

Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar müxtəlif ərazilərdə avtobusların hərəkətində ciddi çətinliklər yaranıb.

 

Senzor.az bildirir ki, bu barədə Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

 

Qeyd olunub ki, bununla əlaqədar şəhərdaxili marşrutlar üzrə avtobuslar 21:00-dək fəaliyyət göstərəcək.

 

Sərnişinlərdən mənzil başına çatmaq üçün qeyd olunan vaxtadək ictimai nəqliyyatdan istifadə etmələri tövsiyə olunur.

Seçilən
53
41
senzor.az

10Mənbələr