AZ

Danimarka Ukraynaya humanitar yardım üçün əlavə 56,81 milyon dollar ayıracaq

Danimarka hökuməti Kiyevə humanitar yardım və ölkənin yenidən qurulması üçün əlavə 405 milyon kron (56,81 milyon dollar) ayırır.

APA xəbər verir ki, bu barədə Krallığın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, BMT-nin hesablamalarına görə, 2025-ci ildə demək olar ki, Ukraynanın hazırkı əhalisinin üçdə birindən çoxunun, yəni 13 milyon insanın humanitar yardıma ehtiyacı olacaq.

2022-ci ilin fevralından bəri krallıq Ukraynaya hərbi dəstək üçün 7,2 milyard avro və mülki yardım üçün təxminən 709 milyon avro ayırıb.

Seçilən
33
5
apa.az

6Mənbələr