Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində on altı mərtəbəli yaşayış binasının liftində qalan vətəndaşlar xilas edilib.
FHN-dən Publika.az-a daxil olan məlumata görə, dərhal əraziyə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.
Xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə liftin qapısı açılaraq köməksiz vəziyyətdə qalan 3 nəfər xilas edilib.