AZ

Krivotsyuk start heyətdə çıxdı, komandası uduzdu

Cənubi Koreya çempionatında 2-ci turun oyunları keçirilib. 

“İki sahil” xəbər verir ki, Azərbaycan millisinin üzvü Anton Krivotsyukun formasını geyindiyi “Daejeon” öz meydanlarında "Ulsan"lə qarşılaşıb və 0:2 hesabı ilə məğlub olublar.

Anton Krivotsyuk da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sona qədər oynayıb.

"Daejeon" turnir cədvəlində hazırda 3 xalla 5-ci, "Ulsan" isə eyni xal sayı ilə 7-ci yerdədir. 

"Daejeon" 0-2 "Ulsan"
Qollar: Ce-Sok Yun, 8, Heo Yool, 59

Seçilən
32
2
ikisahil.az

3Mənbələr