AZ

Trampın Duda ilə görüşü bir saat əvəzinə bir neçə dəqiqə davam edib...

ABŞ və Polşa prezidentləri Donald Tramp və Anjey Duda arasında görüş planlaşdırılan saat əvəzinə bir neçə dəqiqəlik baş tutub...

Poliqon xəbər verir ki, bu barədə Polşanın Notes from Poland portalı məlumat yayıb.

Görüş Vaşinqton yaxınlığındakı Mühafizəkarların Siyasi Fəaliyyət Konfransı çərçivəsində baş tutub. Əvvəlcə danışıqların bir saat davam etməsi planlaşdırılıb, lakin Tramp görüşə gecikib. Konfransda Amerika liderinin çıxışı planlaşdırıldığı üçün görüş bir neçə dəqiqə davam edib.

Portal yazır ki, Duda Tramp ABŞ prezidenti vəzifəsinə gəldikdən sonra onunla görüşən ilk Avropa lideri olub.

Trampın bu həftə Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Key Starmerlə görüşəcəyi gözlənilir.

Poliqon.info

Seçilən
44
3
poliqon.info

4Mənbələr