Asiya İnkişaf Bankının yeni prezidenti Masato Kanda vəzifələrinin icrasına başlayıb.
Masato Kanda bu gün rəsmi olaraq Asiya İnkişaf Bankının (AİB) 11-ci prezidenti kimi vəzifəsinin icrasına başlayıb.
Bu barədə Operativ Media Asiya İnkişaf Bankına istinadən xəbər verir.
“Regionumuz üçün belə mühüm dövrdə AİB prezidenti kimi vəzifələrimin icrasına başlamaqdan böyük şərəf duyuram”, - deyə cənab Kanda bildirib.