AZ

Vətəndaş idarədəki yeyinti barədə xəbər verdi, yoxladılar və...

Azərbaycanda dövlət qurumlarına maliyyə nəzarətinin 2024-cü il üzrə nəticələri açıqlanıb.

Publika.az xəbər verir ki, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti xidməti ötən il keçirilən yoxlamaların nəticələrini açıqlayıb.

Qeyd edək ki, Maliyyə Nəzarəti Xidməti dövlət qurumlarındakı vəziyyəti 3 istiqamətdə yoxlayır: (1) iş planına əsasən, (2) prokurorluğun müraciəti (3) vətəndaş müraciətləri.

Belə ki, 2024-cü ildə Maliyyə Nəzarəti Xidməti tərəfindən 100 qurumda yoxlama aparılıb, onlardan 5-i vətəndaş müraciəti əsasında baş verib. Vətəndaşlar 5 qurumda maliyyə potuntuları, yeyintilər barədə məlumat verib və orada aparılan yoxlamalar nəticəsində doğrudan da 4,5 min manat pozuntu olduğu aşkarlanıb.

Vətəndaş müraciətləri əsasında yoxlamalar

1) Füzuli Rayon İcra Hakimiyyətinin Qaraxanbəyli Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində (2022-2024-cü illər üzrə)

2) Ağsu Rayon İcra Hakimiyyətinin Kəndoba Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində (2013-2018)

Seçilən
28
3
publika.az

5Mənbələr