Misli Premyer Liqasında 24-cü tura bu gün yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, dünən keçirilməli olan, ancaq əlverişsiz hava səbəbindən təxirə salınan matçda “Zirə” “Kəpəz”i qəbul edəcək.
Matç saat 16:00-da başlayacaq.
Xatırladaq ki, turun ilk oyununda “Neftçi” “Sumqayıt”ı 1:0 hesabı ilə üstələyib. “Araz-Naxçıvan” autsayder “Səbail”lə oyunda qolsuz bərabərliklə (0:0) kifayətlənib. Lider “Qarabağ”ın “Sabah”la oyununda isə qollu heç-heçə (1:1) qeydə alınıb. "Turan Tovuz" isə "Şamaxı" səfərindən 1:0 qalib dönüb.
Misli Premyer Liqası
24-cü tur
24 fevral
Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Teymur Teymurov, Elçin Məsiyev
VAR: Cavid Cəlilov, Kamran Bayramov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
Zirə İdman Kompleksinin stadionu