AZ

Putin Şoyqunu Cənub-Şərqi Asiyaya göndərdi: Məqsədi nədir?

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu təhlükəsizlik və müdafiə məsələlərini müzakirə etmək üçün İndoneziya və Malayziyaya işgüzar səfərə gedib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə TASS yazıb.

Bildirilir ki, fevralın 28-dək davam edəcək səfər zamanı Şoyqu adıçəkilən ölkələrin rəhbərliyi ilə qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini də müzakirə edəcək.

Eyni zamanda, Təhlükəsizlik Şurasının mətbuat xidmətinin məlumatına görə, beynəlxalq və regional məsələlər üzrə fikir mübadiləsinin aparılması da planlaşdırılır.

Milli.Az

Seçilən
47
31
milli.az

10Mənbələr