AZ

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun bir sıra kənd yolları işıqlandırılacaq

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun bir sırakəndlərində avtomobil yollarının işıqlandırılmasıyaxşılaşdırılacaq.

Trend-in əldəetdiyi məlumata görə, bununla bağlı Şahbuz Rayon İcra Hakimiyyəti(RİH) müvafiq işlərə start verib.

Belə ki, görüləcək işlər çərçivəsində rayonun bir qəsəbəsi və onyeddi kəndinin avtomobil yolları işıqlandırılacaq.

Artıq qeyd olunan işlərlə bağlı layihə smeta sənədlərininhazırlanmasına başlanılıb.

RİH sözügedən işlərin icrasının 140 min manata başa gələcəyiniproqnozlaşdırıb.

Seçilən
43
az.trend.az

1Mənbələr