Bakı. Trend:
Cari ilin yanvar ayında Azərbaycanla Çexiya arasında ticarətdövriyyəsinin həcmi 208,5 milyon ABŞ dolları olub.
Trend-inDövlət Gömrük Komitəsinin məlumatlarına əsasən apardığıhesablamalara görə, bu göstərici ötən ilin eyni dövrü iləmüqayisədə 203 milyon ABŞ dolları və ya 38 dəfə çoxdur. Belə ki,2024-cü ilin yanvarında Azərbaycanla Çexiya arasında ticarətdövriyyəsinin həcmi 5,5 milyon ABŞ dolları təşkil edib.
Ötən ay Azərbaycandan Çexiyaya ixrac olunan məhsulların dəyəri202,5 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü iləmüqayisədə 202,4 milyon ABŞ dolları, yaxud da 2 min 890 dəfəçoxdur. 2024-cü ilin yanvarında Azərbaycandan Çexiyaya ixrac olunanməhsulların dəyəri 70 min ABŞ dolları idi.
Bəhs olunan dövrdə Çexiyadan Azərbaycana idxal edilənməhsulların dəyəri 6,05 milyon ABŞ dollar təşkil edib ki, bu da,illik müqayisədə 674 min ABŞ dolları və ya 12,5% çoxdur. 2024-cüilin yanvar ayında Çexiyadan Azərbaycana idxal edilən məhsullarındəyəri 5,4 milyon ABŞ dolları olub.
Hesablamalardan aydın olur ki, yanvarda Azərbaycandan Çexiyayaixrac edilən məhsulların dəyəri idxalı 196,4 milyon ABŞ dolları,yaxud da 33,5 dəfə üstələyir.
Qeyd edək ki, 2024-cü il ərzində Azərbaycanla Çexiya arasındakıticarət dövriyyəsinin həcmi 1,15 milyard ABŞ dolları təşkil edib.Bu ölkəyə ixracın həcmi 1,088 milyard ABŞ dolları, idxalın həcmi 65milyon ABŞ dolları olub.