AZ

İsraildən böhrana səbəb olan qərar: ABŞ da dəstək oldu

İsrail əsir mübadiləsinin 7-ci mərhələsi çərçivəsində Qəzza zolağından 6 israilli əsiri azad etsə də, fələstinli əsirlərin təhvil verilməsini dayandırıb.

Publika.az xəbər verir ki, bu barədə İsrailin baş nazirliyi ofisindən açıqlama verilib.

Bu prosesin israilli əsirlərin alçaldıcı mərasimlər və təbliğat məqsədləri üçün istifadə edildiyi səbəbi ilə belə qərar verildiyi bildirilib.

Qeyd olunub ki, bu kimi mərasimlər ləğv edilənə və digər israilli əsirlər təhvil verilməyənə qədər 602 fələstinli əsir sərbəst buraxılmayacaq.

Ağ Ev Milli Təhlükəsizlik Şurasının sözçüsü Brayan Hyuz İsrailin qərarını "uyğun" adlandırıb. O bildirib ki, Donald Tramp HƏMAS ilə bağlı istənilən addımda Tel-Əvivi dəstəkləməyə hazırdır.

Seçilən
13
publika.az

1Mənbələr