AZ

Estoniya Ukraynaya yeni hərbi yardım paketi elan edəcək

Estoniya Ukraynaya yeni hərbi yardım paketi elan edəcək.

Missiya.Az xəbər verir ki, bu barədə Estoniyanın baş naziri Kristen Mixal özünün “X” sosial media hesabında məlumat yayıb.

"Ukraynanın mövqelərini gücləndirmək və Rusiyaya təzyiqi artırmaq üçün Estoniya ukraynalı döyüşçülər üçün 10 min artilleriya mərmisi və 750 min ərzaq bağlaması göndərəcək", - deyə siyasətçi vurğulayıb.

Onun sözlərinə görə, bundan əlavə, Estoniya ən qısa zamanda 100 milyon avro dəyərində müdafiə sənayesi məhsulları təqdim etməyi planlaşdırır:

"Gələcəyi ilə bağlı qərar vermək Ukraynadan asılıdır. Siz həmişə Estoniyanın dəstəyinə arxalana bilərsiniz", - deyə Mixail əlavə edib.

Daşqın Həsənov

Missiya.Az

Seçilən
33
missiya.az

1Mənbələr