AZ

Qara görə təxirə salınan oyun bu gün keçiriləcək

Bu gün Azərbaycan Premyer Liqasında 24-cü tura yekun vurulacaq.

Publika.az xəbər verir ki, son gündə bir oyun baş tutacaq.

“Zirə” əlverişsiz hava şəraiti ilə əlaqədar ötən gündən təxirə salınmış görüşdə “Kəpəz”i qəbul edəcək. Oyunu Rauf Cabbarov idarə edəcək.

Turun əvvəlki oyunlarında “Neftçi” “Sumqayıt”a, “Turan Tovuz” isə “Şamaxı”ya 1:0 hesabıyla qalib gəlib, “Araz-Naxçıvan” – “Səbail” (0:0) və “Qarabağ” – “Sabah” (1:1) görüşləri sülhlə bitib.

Azərbaycan Premyer Liqası, 24-cü tur
24 fevral

Seçilən
11
publika.az

1Mənbələr