AZ

"NATO-ya üzvlük müqabilində vəzifəmi tərk etməyə hazıram", V.Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski NATO-ya üzvlük müqabilində vəzifəsini tərk etməyə hazır olduğunu bildirib.

Zelenski sülh üçün lazım gələrsə, vəzifəsini tərk edə biləcəyini, lakin ölkəsinin ABŞ prezident Donald Trampın müdafiə etdiyi məbləğdə borcu olmadığını deyib.

    Təşkil etdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Zelenski belə bir fürsət olacağı təqdirdə NATO-ya üzvlük müqabilində prezident postundan istefa verməyə hazır olduğunu bildirib.

    Prezident Donald Trampın müdafiə etdiyi qədər ABŞ-a borclarının olmadığını vurğulayan Zelenski Ukraynanın ABŞ-dan 350 milyard yox, 100 milyard dollar yardım aldığını bildirib.

    "Mən (ABŞ-ın keçmiş prezidenti Cozef) Baydenin bunun (ABŞ yardımının) qrant olması fikri ilə razılaşıram. Qrant borc deyil. Biz tərəfdaşlarımıza böyük hörmət edirik, lakin 500 milyard dollarlıq borcu qəbul etmirik", -deyə Zelenski qeyd edib.

    O həmçinin sülh danışıqlarında Ukrayna ilə yanaşı ABŞ, Rusiya və Avropa ölkələrinin də iştirak etməli olduğunu deyib.



    Seçilən
    48
    5
    trt.net.tr

    6Mənbələr