AZ

Müdafiə Nazirliyinin sabiq vəzifəli şəxslərinə hökm oxundu

Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi, polkovnik Elmar Məmmədov və eyni idarənin Əsaslı və cari təmir bölməsinin sabiq müdiri Rəhim Laçınovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az Teleqraf-a istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhlkum etmə) maddəsi tətbiq olunub. Onların hər birinə 1 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib.

Qeyd edək ki, Hərbi Prokurorluğun ötən ilin iyulunda yaydığı məlumatda təqsirləndirilən şəxslərin hər biri barəsində Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda mənimsəm və ya israf etmə) və 32.5, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma - ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib. Onların barəsində həbs qətimkan tədbiri seçilib.

Amma sonradan təqsirləndirilən şəxslər tərəfindən dövlətə dəymiş ziyan tam ödənildiyi üçün onların əməli Cinayət Məcəlləsinin 341.2.3-cü maddəsinə tövsif edilib.

Bakı Hərbi Məhkəməsi qərarı ilə onların barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunub.

Seçilən
25
publika.az

1Mənbələr