AZ

Stefan Bruks: Regionda daha fəal rol oynamaq ABŞ üçün müdrik addım olar

Çikaqo, 24 fevral, AZƏRTAC

Azərbaycanın Rusiya və İran arasında strateji mövqedə yerləşməsini nəzərə alsaq, düşünürəm ki, regionun bu hissəsində daha fəal rol oynamaq ABŞ üçün müdrik addım olar.

Bu sözləri AZƏRTAC-a açıqlamasında ABŞ-ın Milli Müdafiə Universitetinin dosenti Stefan Bruks deyib.

“ABŞ-ın yeni administrasiyası hələ yeni qurulur və hələ ki, hazırda daha vacib hesab etdiyi digər məsələlərə diqqət yetirir. Amma bu o demək deyil ki, bu məsələ vacib deyil. Əgər Birləşmiş Ştatlar, məsələn, Azərbaycan və Ermənistan arasında münasibətlərin möhkəmləndirilməsində konstruktiv rol oynaya bilərsə, hesab edirəm ki, bu, əsrlər boyu kifayət qədər qeyri-sabitliyi ilə tanınan Qafqazda daha böyük sabitliyin yaradılması istiqamətində mühüm əhəmiyyət kəsb edəcək”, - deyə ekspert əlavə edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Çikaqo

Seçilən
38
azertag.az

1Mənbələr