AZ

DSX-nin hərbi hissələrində gənc əsgərlər and içdilər

Dövlət Sərhəd Xidmətinin (DSX) birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Publika.az xəbər verir ki, mərasimlərdə hərbi rituala uyğun olaraq Döyüş bayrağı sıra meydanına gətirilib.

Sonra Azərbaycan Respublikasının Dövlət Himni ifa səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gənc əsgərlər vətənə, xalqa və dövlətə sədaqətlə xidmət edəcəklərinə, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın sərhədlərinin toxunulmazlığını ən yüksək səviyyədə qoruyacaqlarına and içiblər.

Çıxış edənlər sərhədçilərin keçdiyi şanlı döyüş yolundan, Vətən müharibəsində əldə olunan qələbədən və postmüharibə dövründə sərhədlərimizin daha da möhkəmləndirilməsi istiqamətində görülən işlərdən bəhs etmişlər.

Seçilən
38
publika.az

1Mənbələr