Fevralın 23-də ölkə ərazisində qeydə alınan 31, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
DİN-in məlumatına görə, axtarışda olduğuna görə ümumilikdə 18, o cümlədən borclu şəxs qismində axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.
P.ƏMİRCANOV
XQ