AZ

İntihara cəhd edən şairlə bağlı - Açıqlama

İntihara

Fevralın 22-də intihara cəhd edən gənc şair Həsən Kürün vəziyyəti açıqlanıb.

Reyting.az
xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, 1996-cı il təvəllüdlü Həsən Kür müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub: “Qapalı kəllə-beyin travması, sol bud sümüyünün qapalı sınığı, kəllə sümüyünün sınığı diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib və Cərrahi profilli reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda pasiyentin müalicəsi müvafiq şöbədə davam etdirilir və vəziyyəti ağır qiymətləndirilir”.

Qeyd edək ki, gənc şair Sabunçu rayonunda yerləşən “Sevinc Mall” ticarət mərkəzinin 3-cü mərtəbəsindən özünü ataraq intihara cəhd edib.
Seçilən
14
37
reyting.az

10Mənbələr