AZ

Tramp bu ölkənin prezidentinə bir neçə dəqiqə ayırdı: Görüş gözlənilən kimi olmadı

ABŞ və Polşa prezidentləri Donald Tramp və Anjey Duda arasında görüş planlaşdırılan saat əvəzinə “bir neçə dəqiqə” davam edib.

Publika.az xəbər verir ki, bu barədə Polşanın "Notes" portalı məlumat yayıb.

Görüş Vaşinqton yaxınlığındakı Mühafizəkarların Siyasi Fəaliyyət Konfransı çərçivəsində baş tutub. Əvvəlcə danışıqların bir saat davam etməsi planlaşdırılıb. Lakin Tramp tədbirə gecikib. Amerika liderinin çıxışı planlaşdırıldığı üçün görüş “bir neçə dəqiqə” davam edib.

Bildirilir ki, Duda Tramp pezident vəzifəsinə gəldikdən sonra onunla görüşən ilk Avropa lideri olub. Trampın bu həftə Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Key Starmerlə də görüşəcəyi gözlənilir.

Seçilən
23
3
publika.az

4Mənbələr