Bakı. Trend:
Bu ilin yanvar ayında Azərbaycanda fəaliyyət göstərən sığortaşirkətləri tərəfindən 163,7 milyon manat sığorta haqqlarıtoplanıb.
Trend-inAzərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bugöstərici ötən ilin eyni dövrü ilə müqayisədə 17,6% və ya 24,5milyon manat çoxdur. Belə ki, ötən ilin yanvarında Azərbaycandafəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 139,1 milyon manatsığorta haqqları toplanıb.
Bəhs olunan dövrdə ən çox sığorta haqqı toplayan şirkət “PaşaSığorta” ASC (69 milyon manat) olub. İkinci yerdə 50,3 milyon manatsığorta haqqı ilə “Paşa Həyat Sığorta” ASC, üçüncü yerdə 8 milyonmanat sığorta haqqı ilə “Atəşgah Həyat” ASC qərarlaşıb.
Ötən ay sığorta yığımlarına görə şirkətlərin renkinqi iləaşağıdan tanış ola bilərsiniz:
Şirkət | Məbləğ (min manat) |
"Paşa Sığorta" Açıq Səhmdar Cəmiyyəti | 69 050 |
"Paşa Həyat Sığorta" Açıq Səhmdar Cəmiyyəti | 50 319 |
"Atəşgah Həyat Sığorta" Şirkəti Açıq Səhmdar Cəmiyyəti | 7 965 |
"Aqrar Sığorta" Açıq Səhmdar Cəmiyyəti | 7 613 |
"Qala Sığorta" Açıq Səhmdar Cəmiyyəti | 5 602 |
"Atəşgah Sığorta Şirkəti" Açıq Səhmdar Cəmiyyəti | 4 919 |
"Xalq Sığorta" Açıq Səhmdar Cəmiyyəti | 3 755 |
"Azərbaycan Sənaye Sığorta" Açıq Səhmdar Cəmiyyəti | 3 701 |
"Meqa Sığorta" Açıq Səhmdar Cəmiyyəti | 2 913 |
"A-Qroup Sığorta Şirkəti" Açıq Səhmdar Cəmiyyəti | 2 072 |
"Qala Həyat Sığorta Şirkəti" Açıq Səhmdar Cəmiyyəti | 1 396 |
"Meqa Həyat Sığorta" Açıq Səhmdar Cəmiyyəti | 1 366 |
"AtaSığorta" Açıq Səhmdar Cəmiyyəti | 977 |
"Xalq Həyat Sığorta Şirkəti" Açıq Səhmdar Cəmiyyəti | 844 |
"AzSığorta Açıq" Səhmdar Cəmiyyəti | 743 |
"İpək Yolu" Sığorta ASC | 424 |