AZ

Aeroportlarda VİP-dən istifadə hüququ olan vəzifəli şəxslərin siyahısı genişləndirilib - QƏRAR

Bakı. Trend:

Azərbaycan aeroportlarında (hava limanlarında) xüsusilə mühümşəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarınınxidmətlərindən istifadə hüququ olan vəzifəli şəxslərin siyahısıgenişləndirilib.

Trend xəbərverir ki, Nazirlər Kabineti bununla bağlı “AzərbaycanRespublikasının aeroportlarında (hava limanlarında) xüsusilə mühümşəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarınınxidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasınınvəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edib.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikası Prezidentininköməkçisi – Azərbaycan Respublikası PrezidentininAdministrasiyasında şöbə və ya ona bərabər tutulan digər strukturbölmə müdiri, Azərbaycan Respublikası Prezidentinin xüsusitapşırıqlar üzrə nümayəndəsi, Naxçıvan Muxtar RespublikasındaAzərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsininmüavini, Azərbaycan Respublikası Prezidentinin xüsusinümayəndəsinin müavini, Azərbaycan Respublikası PrezidentininAdministrasiyasında şöbə müdirinin müavini də bu siyahıya əlavəedilib.

Seçilən
29
18
az.trend.az

10Mənbələr