Bakı. Trend:
“Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ (AZSTAND) tərəfindənAZS IEC 62512:2025 “Məişət qurutma funksiyalı elektrik paltaryuyanmaşınlar - Effektivliyin ölçülməsi üsulları” dövlət standartı qəbuledilib.
Trend-ə bubarədə Azərbaycan Standartlaşdırma İnstitutundan (AZSTAND)bildirilib.
Qeyd edilib ki, sözügedən standart tekstil məmulatlarınınyuyulması və qurudulması funksiyasına malik məişət kombinə edilmişpaltaryuma-qurutma maşınlarının sınaqdan keçirilməsi üsullarınımüəyyən edir.
Bu standartın tətbiqi məişət paltaryuma-qurutma avadanlıqlarındaenerji istehlakı ilə bağlı xərclərin azaldılması və daharəqabətqabiliyyətli qiymətlərin təklif edilməsinə imkanyaradacaq.
Qeyd edək ki, yeni dövlət standartı “Elektroenergetika və bərpaolunan enerji” standartlaşdırılması üzrə Texniki Komitədə(AZSTAND/TK 46) müzakirəyə çıxarılıb və İnstitut tərəfindən qəbuledilərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fondunadaxil edilib.