AZ

ADY qarlı-şaxtalı hava şəraitində 60 minə yaxın sərnişini mənzil başına çatdırıb

“Azərbaycan Dəmir Yolları” (ADY) qarlı-şaxtalı hava şəraitində 60 minə yaxın sərnişini rahat və təhlükəsiz mənzil başına çatdırıb.

Bu barədə ADY-nin yaydığı məlumatda bildirilir.

Qeyd edilib ki,   21, 22, 23 fevral tarixlərində:

- 43 600 sərnişin Abşeron dairəvi,

- 3604 sərnişin Bakı–Ağstafa–Bakı,

- 787 sərnişin Bakı–Balakən–Bakı,

- 729 sərnişin Bakı–Qəbələ–Bakı marşrutu üzrə səfər edib.

 Həmçinin 24 fevral reysləri (Abşeron dairəvi, Balakən-Bakı, Bakı-Ağstafa-Bakı) ilə 11 037 sərnişin daşınıb.

Seçilən
45
8
marja.az

9Mənbələr