AZ

Dəmir yolları qarlı havada 60 min sərnişin daşıyıb

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) qarlı-şaxtalı hava şəraitində 60 minə yaxın sərnişini rahat və təhlükəsiz mənzil başına çatdırıb.

“Cebheinfo.az” bu barədə ADY-yə istinadən xəbər verir.

Bildirilir ki, fevralın 21-dən 23-dək Abşeron dairəvi dəmir yolu xətti üzrə 43 min 600 sərnişin, Bakı–Ağstafa–Bakı üzrə 3 min 604 sərnişin, Bakı–Balakən–Bakı üzrə 787 sərnişin, Bakı–Qəbələ–Bakı marşrutu üzrə isə 729 sərnişin daşınıb.

"Fevralın 24-də Abşeron dairəvi, Balakən-Bakı, Bakı-Ağstafa-Bakı reysləri üzrə isə 11 min 037 sərnişin səfər edib", - məlumatda qeyd edilib.

Seçilən
43
8
cebheinfo.az

9Mənbələr