AZ

AFFA Ehtiram Quliyevin klubuna xəbərdarlıq etdi: Şantajı dayandırın

AFFA İntizam Komitəsi "Turan Tovuz" klubuna xəbərdarlıq edib.

Publika.az xəbər verir ki, bölgə təmsilçisinin milli assosiasiyanın və Peşəkar Futbol Liqasının imicinə zərər vuran əsassız bəyanat yayması səbəb kimi göstərilib.

Qeyd edək ki, "Turan Tovuz"un səfərdə "Şamaxı"nı 1:0 hesabı ilə məğlub etdiyi Azərbaycan Premyer Liqasının 24-cü turunun oyunu "CBC Sport" vasitəsi ilə canlı yayımlanmayıb və matçda video köməkçi hakim sistemi (VAR) olmayıb. Klub bu səbəbdən görüşün təxirə salınmasını tələb edərək bəyanat yayıb.

Seçilən
23
8
publika.az

10Mənbələr