AZ

Azərbaycan-Pakistan qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıb (FOTO)

Bakı. Trend:

Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələri (HDQ)Akademiyası rəisinin müavini kontr-admiral Ehsan Ahmed Xanınrəhbərlik etdiyi nümayəndə heyəti və Akademiyanın “Hərbi DənizQüvvələri Qərargah kursu"nun dinləyiciləri tədris gəzintisiçərçivəsində Azərbaycan HDQ-ni ziyarət ediblər.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, əvvəlcəqərargahda keçirilən görüşdə Azərbaycan Hərbi Dəniz Qüvvələrikomandanının birinci müavini - qərargah rəisi 1-ci dərəcəli kapitanTeymur Mürşüdov qonaqları salamlayıb, Azərbaycanın dünyanın aparıcıdəniz qüvvələrinə malik ölkələri ilə əməkdaşlığında Pakistan İslamRespublikasının dəniz donanmasının xüsusi yeri olduğunu qeydedib.

Görüşdə qarşılıqlı maraq doğuran bir çox məsələlər ətrafındageniş fikir mübadiləsi aparılıb.

Kontr-admiral Ehsan Ahmed Xan protokola uyğun olaraq, "Şərəfkitabı"nı imzalayıb.

Sonra qonaqlara HDQ-də icra edilən fəaliyyətlərlə bağlı brifinqtəqdim edilib, onları maraqlandıran suallar cavablandırılıb.

Azərbaycan-Pakistan
Azərbaycan-Pakistan
Azərbaycan-Pakistan
Azərbaycan-Pakistan
Məqalədə:
Seçilən
6
22
az.trend.az

10Mənbələr