Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə son günlərdə beş müraciət daxil olub.
Bakıavxtı.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq agentlikdən məlumat verilib.
Bildirilib ki, hazırda müəssisənin müxtəlif şöbələrində ümumilikdə 78 nəfər şəxsə xidmət göstərilir. Onlardan 46 kişi, 32-i isə qadındır.
Qeyd edək ki, müəssisəyə qəbul olunanlar 6 ay (180 gün) ərzində müvafiq xidmətlərlə təmin olunurlar və bu müddətdə günlük olaraq qida normaları əsasında yemək, yaşayış yeri və geyimlə təmin edilirlər.