AZ

Zelenski Rusiya ilə bağlı bu sənədi Trampa verib: içində görün hansı məlumatlar var

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Trampa Rusiyanın keçmişdə bütün atəşkəs rejimini pozması ilə bağlı faktları çatdırdığını bildirib.

Publika.az xəbər verir ki, bunu Zelenski “Ukraynaya dəstək” plenar iclasında çıxışı zamanı deyib.

"Bu il əsl, etibarlı sülhün başlanğıc ili olmalıdır. Putin bizə bu sülhü verməyəcək. Onu nəyinsə müqabilində verməyəcək. Biz sülhü güc, müdriklik və birlik sayəsində əldə etməliyik. Sizinlə əməkdaşlığımız sayəsində əldə etməliyik. Sülh bir saatda elan oluna bilməz. Bunu bir gündə - bu gün, sabah, o biri gün elan etmək olmaz. Təəssüf ki, bu, reallıqdır", - Zelenski qeyd edib.

O, ABŞ-ın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloqun səfərindən də danışıb.

Seçilən
16
publika.az

1Mənbələr