Bu il Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) nominal həcmi 74,98 milyard ABŞ dolları (127,466 milyard manat) təşkil edəcək və gələn il 77,86 milyard ABŞ dollarına (132,362 milyard manat) qədər artacaq.
Bakıvaxtı.az "S&P Global" beynəlxalq reytinq agentliyinin proqnozlarına istinadən xəbər verir ki, 2025-2026-cı illərdə ölkədə ÜDM-in real artımı 2 % səviyyəsində proqnozlaşdırılır.
Agentlik hesab edir ki, əhalinin hər nəfərinə düşən ÜDM 2025-ci ildə 7 min 277 ABŞ dollarına çatacaq, 2026-cı ildə isə 7 min 511 ABŞ dollarına yüksələcək.
İqtisadiyyat Nazirliyi 2025-ci ildə ölkədə iqtisadi artımı 3,5 %, Mərkəzi Bank isə 3,3 % səviyyəsində proqnozlaşdırır.
“Moody’s” beynəlxalq reytinq agentliyinin proqnozlarına görə, 2025-ci ildə Azərbaycanda ÜDM-in real artımı 4 % təşkil edəcək. “Fitch Ratings” ölkə üzrə ÜDM-in 2025-ci ildə 3 %, 2026-cı ildə isə 2,4 % artacağını proqnozlaşdırır. Niderlandın ING bankı bu il Azərbaycanda iqtisadi artımı 2,6 %, gələn il isə 2,8 % səviyyəsində gözləyir.
2024-cü ildə Azərbaycan iqtisadiyyatı 4,1 % artıb, nominal ÜDM 126,337 milyard manat (74,315 milyard ABŞ dolları) təşkil edib.