AZ

Aİ erməni aktyora qarşı sanksiya TƏTBİQ ETDİ

Aİ-nin Rusiyaya qarşı sanksiyalarının 16-cı paketini elan edib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 16-cı sanksiya paketini açıqlayıb.

Sanksiyalara məruz qalanlar arasında erməni əsilli aktyor Mixail Qalustyan da var.

Aşağıdakılar da sanksiyalara məruz qalıb: Kristina Potupçik, senator və şahmatçı Sergey Karjakin, gimnast və Olimpiya çempionu Nikita Naqornı, teleaparıcı Yuliya Baranovskaya, “Almaz-Antey” konserninin baş direktoru Yan Novikov, ÜAK-ın rəhbəri Vadim Badexi, “Zala Aero Group” PUA istehsal və inkişaf müəssisəsinin sahibi Aleksandr Zaxarova.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
10
interpress.az

1Mənbələr