Almaniyada iki ictimai avtobus toqquşub.
Bakıvaxtı.az bu barədə Almaniya mətbuatına istinadla xəbər verir.
Məlumata görə, Breslauer küçəsində baş verən qəzada 5-i ağır olmaqla 35 nəfərin yaralandığı bildirilib.
Hadisə yerinə çoxlu sayda tibb və xilasetmə qrupu göndərilərkən, xilasedici helikopter də bölgəyə gəlib.
Qəzanın baş verdiyi magistral avtomobillərin hərəkətinə bağlanıb.
Nuriyyə Musayeva