2024-cü ildə Dövlət Agentliyi tərəfindən 37 mərkəzi icra hakimiyyəti orqanının 167, 23 yerli icra hakimiyyəti orqanının 89 və 15 hüquqi şəxsin 44 xidməti daxil olmaqla, ümumilikdə 300 xidmət qiymətləndirilib. Qeyd edək ki, “Azərişıq” ASC vətəndaş məmnunluğunu və əlçatanlığını artırmaq məqsədilə xidmətləri onlayn platformaya inteqrasiya etmiş və göstərdiyi 18 adda xidmətdən 15 xidmət üzrə e-gov.az və ya e-service.azerishiq.az portalı vasitəsilə müraciət etmək imkanı yaratmışdır. Tərəfimizdən Dövlət Xidmətlərinin Elektron Reyestrinə (DXR) daxil edilmiş xidmətlərin 2024-cü il üzrə xidmət səviyyəsinin ölçülməsi, məlumatların toplanılmasını, yoxlanılmasını, təhlilini və qiymətləndirilməsini aparmaq üçün “ASAN xidmət indeksi”ni təşkil edən 155 adda meyarlar və altmeyarlar üzrə tərəfimizdən ümumilikdə 775 sorğu cavablandırılmış, əsaslandırıcı sənədlər təqdim olunmuşdur.
Tədbirdə mərkəzi icra hakimiyyəti, yerli icra hakimiyyəti və hüquqi şəxslər üzrə “ASAN xidmət indeksi” qiymətləndirilməsi nəticələri açıqlanaraq qeyd olunub ki, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti “ASAN xidmət indeksi”nin qiymətləndirmə tarixində ötən ilki 98.31%-lik rekord nəticəsini yeniliyərək bu il də 99.60% rekord nəticə əldə edib. Ötən illərdə də “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti xidmətlərin keyfiyyətinin artırılması sahəsində mühüm uğurlar qazanmış, xidmət keyfiyyətinə görə dövlət qurumları arasında ön sıralarda yer almışdır. 2024-cü il üzrə əldə olunan nəticə “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilmiş sistemli və məqsədəuyğun islahatların nəticəsidir. Bundan sonra da “Azərişıq” ASC tərəfindən xidmətlərin genişləndirilməsi, elektronlaşdırılması istiqamətində işlər davam etdiriləcək və növbəti illərdə də müştəri məmnunluğunun yüksək səviyyədə saxlanılması üçün tədbirlər görüləcək.




10Mənbələr
-
xalqqazeti.az“Azərişıq” “ASAN xidmət indeksi” qalibidir ( 15730627)
-
gundem.az“Azərişıq” öz rekordunu yenilədi - FOTOLAR ( 15670829)
-
redaktor.az“Azərişıq” öz rekordunu yenilədi - FOTO ( 15670505)
-
hafta.az“Azərişıq” yeni rekorda imza atdı - FOTO ( 15670337)
-
yenisabah.az“Azərişıq” öz rekordunu yeniləyib ( 15670333)
-
xezerxeber.az“Azərişıq” “ASAN xidmət indeksi” üzrə qiymətləndirmədə 1-ci olub ( 15669991)
-
redaktor.az“Azərişıq” ASC “ASAN xidmət indeksi”nin qiymətləndirmə tarixində 99.60% nəticə əldə edərək öz rekordunu yeniləyib ( 15669987)
-
news365.az“Azərişıq” “ASAN xidmət indeksi” üzrə qiymətləndirmədə 1-ci olub ( 15669861)
-
bakivaxti.az“Azərişıq” “ASAN xidmət indeksi” üzrə qiymətləndirmədə 1-ci olub ( 15669771)
-
demokrat.az“Azərişıq” öz rekordunu yenilədi— FOTOLAR ( 15669487)